Qalib Toğrula hökm oxundu
- 09.09.2026, 15:30,
- Xəbər / Sosial
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrulun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Qalib Toğrula 3 il sınaq müddəti seçilməklə
8 il şərti cəza verilib.
Qeyd edək ki, Qalib Toğrul Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham olunub.
Xatırladaq ki, Qalib Toğrul iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.