DTX-nin həbs etdiyi hakerə hökm oxundu
- 03.06.2025, 15:30,
- Kriminal
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
“ZeroMap” MMC-nin yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etmə ittihamı ilə həbs edilmiş icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.“Qanunyolutv.az”-ın məlumatına görə, Yasamal Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Rəşad Cavadzadə gənc müttəhimi göz önündə olan çoxsaylı sübutlarla təqsirli hesab edib.
Hökmə əsasən, Tural Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi şərti ilə 2 il 6 ay azadlıqdan məhrum edilib.Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Ona Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.