İcra başçısı və müavini haqda həbs qətimkan tədbiri seçildi - Yenilənib

  • 20.08.2020, 13:40,
  • Siyasət
  • Baxılıb: 37
İcra başçısı və müavini haqda həbs qətimkan tədbiri seçildi - Yenilənib

Bu gün Binəqədi rayon məhkəməsində Baş Prokurorluq tərəfindən saxlanılan Kürdəmir rayon icra başçısının müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində istintaqın təqdimatına baxılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, hakim Fərid Əmirəliyev hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi qərarı verib. Onların hər ikisinin həbs edilərək istintaq təcrixdxanasına etap olunmasına başlanılıb.

Onlar Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

***

Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov barəsində istintaqın təqdimatına da baxılıb. Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun qərarı ilə istintaqın C.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilməsi haqda təqdimatı təmin edilib. Belə ki, C.Cəfərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, C.Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter