Nəsimidə Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi - Fotolar

Nəsimidə Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi - Fotolar

Nəsimi Rayon İcra Hakimiyyətində Nəsimi Rayon Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat konfransı keçirilib.

“Qanunyolutv.az” xəbər verir ki, öncə tədbirə dəvət olunan qonaqlar, rayon rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib.

Şuranın sədri Vaqif Şadlinski Nəsimi Rayon Ağsaqqallar Şurasının 2023-2025-ci illərə dair hesabatı ilə bağlı geniş məruzə edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev respublikanın ictimai-siyasi həyatındakı mövcud vəziyyəti geniş təhlil edib Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan iqtisadi islahatlardan danışıb, Nəsimi Rayon Ağsaqqallar Şurasının, xüsusilə Şuranın sədri Vaqif Şadlinskinin fəaliyyətini yüksək dəyərləndirib.

Sonra tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov, Rayon Ağsaqqallar Şurasının üzvü, Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Tibb Universitetinin professoru Qalib Qarayev, Azərbaycan Dillər Universitetinin dosenti Vidadi Bəşirov, Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri – Zöhrab Fərəcov, Vilayət Quliyev və başqaları çıxış edərək rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolundan, rayonda ağsaqqalların nüfuzunun günbəgün artmasından və bu işdə Nəsimi Rayon Ağsaqqallar Şurasının, Şuranın sədri Vaqif Şadlinskinin böyük rolundan söz açıblar.

Daha sonra çıxış edən Xalid Kərimov Nəsimi Rayon Ağsaqqallar Şurasının 2 illik fəaliyyət dövrünün hesabatının qənaətbəxş hesab edilməsini təklif edib.

Təklif səsə qoyulmuş, hesabat yığıncağının iştirakçıları yekdilliklə Nəsimi Rayon Ağsaqqallar Şurasının 2023-2025-ci fəaliyyət illərinin hesabatını qənaətbəxş hesab ediblər.

Tədbir iştirakçıları açıq səsvermə yolu ilə yekdilliklə Əməkdar elm xadimi, professor Vaqif Şadlinskini yenidən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Yığıncaq bir qrup rayon ağsaqqalının mükafatlarla təltif edilməsi ilə davam edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter