Şamaxıda Heydər Əliyevin anım mərasimi keçirildi

Şamaxıda Heydər Əliyevin anım mərasimi keçirildi

Şamaxıda ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

“Qanunyolutv.az” xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə orqanları, idarə müəssisə rəhbərləri və kollektivi, həmçinin rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev adına parkda ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, onun əziz xatirəsi ehtiramla yad ediblər.
Şamaxıda Heydər Əliyevin anım mərasimi keçirildi

Rayon Mədəniyyət mərkəzində təşkil olunan rəsmi hissədə Azərbaycanın Dövlət Himni səsləndirilib, ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Tədbirdə çıxış edən rayon ağsaqqallar şürasının sədri Mayıl Alcanov ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki xidmətlərindən geniş söhbət açaraq, ümummilli liderin ölkəmizin intibahının başlanğıcını qoyan dahi şəxsiyyət olduğunu bildirib. 
Şamaxıda Heydər Əliyevin anım mərasimi keçirildi

Tədbirin sonunda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu vurğulayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter