Ana qızı ilə videosuna görə məsuliyyətə cəlb edildi - Yenilənib
- 13.06.2024, 15:30,
- Xəbər
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Sosial şəbəkələrdə qadının azyaşlı ilə qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər araşdırılıb. “Qanunyolutv.az”-ın məlumatına görə, qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub və o, saxlanılıb. Görüntülərdə əks olunan qadının 56, azyaşlının isə 8 yaşı var. Məlum olub ki, azyaşlı qadının övladıdır.
Qadın məsuliyyətə cəlb edilib, araşdırmalar davam etdirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.Qeyd edək ki, sözügedən video evin hamam otağında lentə alınıb. Görüntülərdə paltarsız şəkildə kameranın qarşısında oynadılan azyaşlı qızın arxasında anasını da görmək mümkündür.
****
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumatda bildirilib ki, sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana məsuliyyətə cəlb olunacaq: “Hazırda barəsində araşdırma aparılır. Azyaşlı isə sığınacağa yerləşdirilib”.Bundan əlavə qeyd edilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətilərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırırlması ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
Azyaşlı və valideyni ərazi üzrə polis bölməsinə dəvət edilmiş, sonra uşaq anadan alınaraq Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib. Ana ilə bağlı araşdırma davam edir.
