Masallıda azyaşlı qızı nişanladılar

Masallıda azyaşlı qızı nişanladılar

Sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində azyaşlı qızın ərə verilməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də paylaşım edib. Onun sözlərinə görə, yayılan fakt təsdiqini tapıb: "Yeniyetmənin 15 yaşında olduğu bildirilir. O, uzun müddət təhsildən də kənarlaşdırılıb. Bu il 15 yaşlı qız 5-ci sinifdə fərdi təhsil alıb".

Məlumatla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlanıb.

"Qanunyolu.info.az" xəbər verir ki, Qurumun mətbuat katibi Teymur Mərdanoğlu sorğuya əsasən bildirib ki, sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının əməkdaşları ailədə olublar:"Fakt araşdırılıb. Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub. Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa, hər iki ailə məsuliyyətə cəlb ediləcək.

Qeyd edək ki, hazırda məsələ Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nəzarətindədir".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter