Leysan Məmmədov vəzifəsindən azad edilib

  • 30.10.2026, 10:00,
  • Xəbər
  • Baxılıb: 8
Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib.

“Qanunyolutv.az” “Unikal”a istinadən xəbər verir ki, Leysan Məmmədov Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Leysan Məmmədov bu vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu.

Xatırladaq ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter