Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür

  • 30.10.2026, 14:30,
  • Xəbər
  • Baxılıb: 9
Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür

Bu gün II Qarabağ müharibəsində şəhid olan Vidadi Xəlilovun anım günüdür.

“Qanunyolutv.az” xəbər verir ki, onun şəhid olmasından 6 il ötür.

Vidadi Xəlilov 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. Polkovnik-leytenant Vidadi Xəlilov müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Vidadi Xəlilov 1999–2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (“motoatıcı” ixtisası) təhsil alıb. 2009-cu ildə Çində Xüsusi Təyinatlı Qüvvələrin kursunu bitirən 3 azərbaycanlı zabitdən biri olub.

Qeyd edək ki, şəhidimiz Polkovnik-leytenant Vidadi Xəlilov Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın istiqamətlərində döyüşüb və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları, “Azərbaycan Bayrağı” ordeni və digər medallarla təltif olunub.

Polkovnik-leytenant oktyabrın 30-da Laçın döyüşləri zamanı Laçın dəhlizində şəhid olub. Vidadi Xəlilov Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter