Zəfər Günü Şamaxıda da qeyd olunub - Fotolar
- 08.11.2023, 19:30,
- Xəbər / Sosial
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
8 Noyabr - Zəfər Günü münasibətilə Şamaxı rayonunda təntənəli tədbir keçirilib.“Qanunyolutv.az” xəbər verir ki, təbdirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.
Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər rayon ictimaiyyətini Şanlı Zəfər münasibətilə təbrik edərək bu qələbənin Azərbaycan tarixində böyük əhəmiyyəti və əvəzolunmaz yeri barədə geniş danışıblar. Çıxışçılar həmçinin dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışıb, buna görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər.
Tədbirin rəsmi hissəsindən sonra Şamaxı şəhərinin mərkəzində Heydər Əliyev Parkında rayon sakinlərinə və qonaqlara respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə 8 Noyabr - Zəfər gününə həsr olunmuş konsert proqramı təqdim olunub.
Konsert proqramı atəşfəşanlıqla yekunlaşıb.
