Sabunçuda tədbir keçirildi - Fotolar
- 23.06.2023, 17:00,
- Xəbər / Sosial
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabunçu rayonunda “23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə əlaqədar Bakı Gənclər Mərkəzində tədbir keçirilib.“Qanunyolutv.az” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.
Adil Vəliyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək ölkəmizdə uğurlu, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında Ümummilli liderin xidmətlərini vurğulayıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük nailiyyətlərinin qazanıldığını diqqətə çatdırıb.
Qeyd oluub ki, ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” qanundur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
