Sabunçuda Milli Qurtuluş Günü qeyd olundu - Fotolar

Sabunçuda Milli Qurtuluş Günü qeyd olundu - Fotolar

Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında 15 İyun-Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

“Qanunyolutv.az” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, QHT-lərin üzvləri, rayonun idarə və müəssisə rəhbərləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbiri açıq elan edərək bildirdi ki, Azərbaycanın müasir tarixi Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından sonra başlayıb. Bu qayıdış Azərbaycanı xaosdan, anaraxiyadan, özbaşınalıqdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın, bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunmasından tutmuş iqtisadi tənəzzülün qarşısının alınmasına qədər bütün işlər Ümummilli lider Heydər Əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsidir.

Sonra Sabunçu rayonu, 215 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayev, 28 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Çingiz İbadullayev və Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı naminə aparılan çoxşaxəli işlər və islahatlardan söz açıblar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter