Suraxanıda dövlət qulluqçularının peşə bayramı - Foto
- 23.06.2021, 14:45,
- Siyasət
Baxılıb: 49
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinlər, RİHBA-nın əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Suraxanı rayon komitəsinin sədri Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonu, Heydər Əliyev parkında yerləşən abidəsini ziyarət ediblər. "Qanunyolu.info.az" xəbər verir ki, tədbirdə çıxış edən Əziz Əzizov dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb: “Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramı təsis edilib. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu gün respublikamızda dövlət idarəetmə sistemində islahatlar uğurla davam etdirilir”.
Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən, eləcə də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Suraxanı rayon komitəsinin Fəxri Fərmanları ilə təltif olunublar.
