Binəqədidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - Foto
- 17.06.2022, 17:00,
- Sosial / Səhiyyə / Xəbər
Baxılıb: 51
Facebook
Вконтакте
Одноклассники
Google+
Binəqədi Rayon İcra Hakimiyyətində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. “Qanunyolutv.az” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin məsul əməkdaşları iştirak edib.Tədbiri giriş nitqi ilə açan Sevinc Süleymanova səhiyyə nümayəndələrini 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edərək, özünün inkişaf mərhələsini yaşayan Azərbaycan səhiyyəsində uğurla aparılan islahatlardan, maddi-texniki bazanın təkmilləşdirilməsindən, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərdən danışıb: “Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət sayəsində bu sahədəki irəliləyişlər göz önündədir. Ölkəmizdə tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi səhiyyə sahəsində aparılan islahatların başlıca istiqamətlərini təşkil edir. Bu fədakar peşə sahiblərinin dünyada COVİD-19 pandemiyası, Azərbaycanın Zəfər çaldığı Vətən müharibəsi dövründə böyük fədakarlıqlar göstərdilər və eyni zamanda onların da sıralarında mərd oğul və qızlarımızın şəhid olduğunu vurğulayaq, həkimlərimizə böyük ehtiramımızı bildirək”.
Sonda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup tibb işçisinə Rayon İcra Hakimiyyəti başçısının adından Fəxri Fərman və gül dəstələri təqdim ediblər.
Təbrik edirik!
