“Saakaşvili ilə bağlı xüsusi əməliyyat yüksək səviyyədə keçirildi”
- 02.10.2021, 10:00,
- Xəbər
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin saxlanılması ilə bağlı xüsusi əməliyyat yüksək səviyyədə həyata keçirilib”.“Qanunyolu.info.az” xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Kaxa Kuçava deyib.
“Saakaşvilinin saxlanılması elə yüksək səviyyədə həyata keçirildi ki, bir nəfər də olsun xəsarət almadı”, - deyə Kuçava jurnalistlərə bildirib.
Onun sözlərinə görə, müəyyən strukturlar və idarələr Saakaşvilinin Gürcüstanda olmasını bilirdilər. Lakin bununla yanaşı, siyasətçilərin bəziləri bundan xəbərsiz idilər. Kaxa Kuçavanın fikrincə, bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarının düzgün addımı olub.
Qeyd edək ki, dünən 8 ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili saxlanılıb və Tbilisi yaxınlığındakı Rustavi həbsxanasında saxlanıldığı bildirilir. Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinir.