Gürcüstan Ukrayna səfirini XİN-ə çağırdı - Saakaşvilinin ifadəsinə görə
- 10.07.2020, 17:15,
- Dünya
Baxılıb: 73
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstan Xarici İşlər Nazirliyi Mixeil Saakaşvilinin bu yaxınlarda etdiyi açıqlamalar səbəbindən Ukrayna səfirini nazirliyə çağırıb."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama verib. Ukrayna Milli İslahatlar Şurasının icra komitəsinin rəhbəri Saakaşvili Facebook səhifəsində etdiyi açıqlamada Gürcüstan hökumətinin legitimliyini tanımadığını bildirib. O, həmçinin oktyabrın sonlarında Gürcüstanda keçiriləcək parlament seçkilərində "ön cəbhədə" olacağını qeyd edib.
Nazirlikdən verilən məlumata görə, görüşdə Gürcüstan tərəfi ölkələr arasında ikitərəfli strateji münasibətlərin və dostluğun vacibliyini bir daha vurğulayıb və Ukrayna rəhbərliyi nümayəndəsinin Gürcüstana qarşı qəbuledilməz ifadələrindən narahatlığını bildirib.
"Qeyd edildi ki, Gürcüstan qanunlarının pozulması olan bu cür hərəkətlər ikitərəfli münasibətlərə ciddi ziyan vurur. Gürcüstan tərəfi ümid edir ki, Ukrayna tərəfi bu faktı düzgün müstəvidə qiymətləndirəcək və hər iki ölkə münasibətlərin bundan sonra da inkişaf etdirilməsi üçün səy göstərəcəkdir",-deyə nazirliyin açıqlamasında qeyd olunub.
