Ramiz Mehdiyev koronavirusa yoluxub? - AMEA -dan açıqlama
- 04.06.2021, 12:00,
- Xəbər
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Milli Elmlər Akademiyası qurumun prezidenti Ramiz Mehdiyevin koronavirusa yoluxması haqda yayılan məlumatlara aydınlıq gətirib. AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən "Qanunyolu.info.az", “Qafqazinfo”ya istinadən daxil olan açıqlamada deyilir:
“Bu gün AMEA prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.
İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”.
Qeyd edək ki, yayılan məlumatlarda Ramiz Mehdiyevin 1 həftədir ki, koronavirusa yoluxduğu və vəziyyətinin ağır olduğu deyilirdi.