MEMATT sınaqlardan uğurla çıxdı - Video

MEMATT sınaqlardan uğurla çıxdı - Video

Türkiyənin müdafiə sənayesinin istehsalı olan mexaniki minatəmizləyən maşın MEMATT sınaqlardan uğurla keçib.

"qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Qardaş ölkə Azərbaycana ixrac etdiyimiz MEMATT 2020-ci ilin oktyabr ayından Milli Minatəmizləmə Mərkəzimiz tərəfindən beynəlxalq standartlarda sertifikatlaşdırma testlərinə cəlb olundu və bütün testlərdən keçərək tam qiymət aldı”, deyə Türkiyə MN-nin məlumatında bildirilir.

Qeyd edək ki, MEMATT 500 metr məsafədən idarə olunur. Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır. 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərini sürətləndirmək üçün Türkiyədən 20 ədəd MEMATT alıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter