Minalı ərazilər MEMATT-la təmizlənəcək - Azərbaycan ilkə imza atdı

Minalı ərazilər MEMATT-la təmizlənəcək - Azərbaycan ilkə imza atdı
[/b]
[b]İşğaldan azad edilən ərazilərimizin minalardan təmizlənməsi prosesi davam edir.


"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, işləri sürətləndirmək məqsədilə Azərbaycan Türkiyədən 20 yeni minatəmizləyən maşın alıb.

Söhbət Türkiyənin müdafiə sənayesinin istehsalı olan MEMATT-dan gedir. Azərbaycan Türkiyədən MEMATT-ı əldə edən ilk ölkə olub.

Qısa arayış olaraq bildirək ki, mexaniki minatəmizləyən maşın olan "MEMATT" 500 metr məsafədən idarə olunur. Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır. 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir.
Minalı ərazilər MEMATT-la təmizlənəcək - Azərbaycan ilkə imza atdı

Türkiyənin ASFAT şirkətinin istehsalı olan texnikanın ümumi çəkisi 12 560 kq, uzunluğu isə 6 650 mm-dir. Dizellə işləyir, yanacaq tutumu 290 litrdir. Bir saat ərzində 30-35 litr yanacaq sərf edir. MEMATT HD görüntü təqdim edən EX-Proff kamera sistemi ilə təchiz edilib.

MEMATT piyada əleyhinə minaları təmizləyir. Ballistik zirehlə gücləndirilən texnika gövdə və aparatlar sayəsində hər cür ərazidə işləyə bilmə gücünə malikdir. Qalxanı zirehli olan MEMATT-ın ön hissəsində 44 ədəd zəncir var ki, bu da minaları aşkar etmək üçündür. Texnikanın qiyməti ilə bağlı hər hansı məlumat yoxdur.
Minalı ərazilər MEMATT-la təmizlənəcək - Azərbaycan ilkə imza atdı

Qeyd edək ki, bundan öncə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi prosesinə Slovakiya istehsalı olan “Bozena-5” minatəmizləmə maşını da cəlb olunub. Azərbaycan sözügedən texnikanı 2008-ci ildə əldə edib. Həmin il ilk olaraq 5 ədəd “Bozena-5” alınıb. Bundan başqa, Minatəmizləmə Agentliyinin ixtiyarında “Bozena-4” minatəmizləmə maşınları da var.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter