Azərbaycanlı iş adamı Orduya yardım etdi
- 19.10.2020, 16:20,
- Sosial / Xəbər
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Moskvada yaşayan azərbaycanlı biznesmen İlqar Məmmədov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, o, Orduya 50 000 manat yardım edib.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu ölkə Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.