“A-A” MMC Silahlı Qüvvələrə yardım etdi

“A-A” MMC Silahlı Qüvvələrə yardım etdi

“A-A” MMC-nin rəhbərliyi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən əks-hücum əməliyyatlarına dəstək və vətəndaşlıq borcunu yerinə yetirmək məqsədilə 10 000 manat məbləğində vəsaiti Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, şirkət rəhbərləri iş adamları Asif Abdullayev, Aqşin Alıyev və Elxan Alıyevdir.

Eyni zamanda, Gədəbəyin Söyüdlü kəndindən olan Rusiyada yaşayan həmvətənlərimiz də Silahlı Qüvvələrinə Yardım Fonduna 10 min 670 manat məbləğində vəsait köçürüblər.

Silahlı qüvvələrimiz Vətənimizin ərazi bütövlüyü uğrundan cəbhədə sözün əsl mənasında tarix yazır.

Qeyd edək ki, 2002-ci ildən yaradılan Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter