“Аqrarkredit” orduya yardım etdi

“Аqrarkredit” orduya yardım etdi

“Аqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı Azərbaycan Ordusuna dəstək aksiyasına qoşulub.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, 5 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter