Abşeron rayonunda şəhidlərin doğum günü qeyd edildi

Abşeron rayonunda şəhidlərin doğum günü qeyd edildi

Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən Rəhimli Ülvi Rabil oğlunun 20-ci və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən şəhid Abbasov Fərrux Azər oğlunun 28-ci doğum günü qeyd edilib.

"Qanunyolutv.az" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri və şəhid ailələrilə birgə rayonun Məmmədli kənd qəbiristanlığında uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Ülvi Rəhimlinin keçdiyi döyüş yolundan, cəbhədə göstərdiyi şücaətlərdən və xatirələrindən danışılıb.
Abşeron rayonunda şəhidlərin doğum günü qeyd edildi

RİH başçısı daha sonra şəhidimizin əvvəllər yaşadığı mənzilə gedərək ailəsi ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.

RİH başçısı Abşeron rayonunda şəhid ailələrinə və qazilərə diqqət və qayğının daimi olaraq göstəriləcəyini bildirib.

İştirakçılar daha sonra şəhid Abbasov Fərrux Azər oğlunun evinə gedərək onun ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıblar.
Abşeron rayonunda şəhidlərin doğum günü qeyd edildi

Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter