Qazaxda şəhidimizin anım mərasimi keçirilib - Foto
- 13.11.2021, 09:30,
- Sosial / Xəbər
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş DİN-in Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş İsmayıl Qəsəbovun Qazaxda il mərasimi keçirilib.“Qanunyolu.info.az” xəbər verir ki, rayonun Çaylı kəndində keçirilən anım mərasimində əvvəlcə İsmayıl Qəsəbovun məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi yad edilib. Çıxış edənlər şəhidin Vətən müharibəsindəki şücaətindən, onun şərəfli döyüş yolundan söz açıblar.
Şəhid İ.Qəsəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
İsmayıl Qəsəbov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Mərasimdə DİN təmsilçiləri, rayon icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Allah rəhmət eləsin!
