Abdin Fərzəliyev şəhidlərin məzarını ziyarət etdi - Fotolar
- 31.01.2022, 14:30,
- Sosial / Xəbər
Baxılıb: 40
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun Ceyranbatan qəsəbəsində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edib.“Qanunyolu.info.az” xəbər verir ki, o, məzarların üzərinə gül qoyub, onların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Şəhidlərimizin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaq: “Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm işlərin görülür”
Daha sonra RİH başçısı şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini bildirib.
Sonra qəsəbədəki Şəhidlər Abidəsi ziyarət olunaraq vətənimizin bütövlüyü uğrunda canından keçən igidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Bundan sonra RİH başçısı Ceyranbatan Parkını gəzərək qəsəbə ağsaqqalları ilə görüşüb, qəsəbənin problemləri, görülməsi vacib olan işlərlə maraqlanıb. Abdin Fərzəliyev parkda abadlıq işlərin aparılmasının vacibliyini qeyd edərək müvafiq strukturlara aidiyyatı üzrə tapşırıqlar verib.
Daha sonra Ceyranbatan Folklor Evi və Ceyranbatan Uşaq Musiqi Məktəbinə baş çəkərək görülən işlər və yaradılan şəraitlə tanış olub.
Abdin Fərzəliyev eyni zamanda Ceyranbatan qəsəbə Tibb Məntəqəsinə gələrək burada həyata keçirilən vaksinasiya prosesini izləyib.
