Abşeronda Silahlı Qüvvələr günü qeyd olundu - Fotolar
- 26.06.2021, 19:50,
- Sosial / Xəbər
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron rayonunda 26 İyun Silahlı Qüvvələr günü qeyd olunub."Qanunyolu.info.az" xəbər verir ki, Xırdalandakı Mədəniyyət Evində baş tutan tədbirdə şəhid ailələri, RİH başçısı İradə Gülməmmədova, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və KİV nümayəndələri iştirak edib.
Dövlət himni ilə başlayan tədbirdə vətənimizin bötüvlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 44 günlük Vətən Müharibəsindəki qələbəmizi özündə əks etdirən video-rolik nümayiş olunub.
RİH başçısı İradə Gülməmmədova çıxış edərək bildirib ki, güclü Azərbaycan Ordusu, məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmirlərini yerinə yetirərək Azərbaycanımızın şanlı tarixini yazdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi, iradəsi və düzgün qərarları sayəsində 44 gün ərzində düşmənin məğlub edildiyini və Qarabağın işğaldan azad edildiyini deyən başçı əlavə edib ki, bu qələbənin əldə olunmasında şəhidlərimizə, qazilərimizə və ümumilikdə Azərbaycan Ordusuna borcluyuq.
Tədbir iştirakçıları çıxış etdikdən sonra Vətən Müharibəsinin 53 iştirakçısına – şəhid və qazilərə cənab Prezidentin sərəncamı ilə təltif olunmuş medallar təqdim olunub. Eyni zamanda, RİH tərəfindən “RTayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə” bir qrup şəxsə Fəxri Fərmanlar verilib.
Bundan sonra konsert proqramı baş tutub.
