Abşeron RİH-i başçısı İradə Gülməmmədova Böyük Vətən Müharibəsi iştirakçılarını evlərində ziyarət edib - FOTOLAR

  • 10.05.2020, 22:51,
  • Siyasət
  • Baxılıb: 43
Abşeron RİH-i başçısı İradə Gülməmmədova Böyük Vətən Müharibəsi iştirakçılarını evlərində ziyarət edib - FOTOLAR













"Qanunyolu.info.az" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova faşizm üzərində qələbənin 75 illiyi münasibəti ilə Böyük Vətən Müharibəsi iştirakçılarını evlərində ziyarət edib.

Müharibə veteranlarının evlərində keçirilən görüşlərdə İ.Gülməmədova müharibə iştirakçılarını faşizm üzərində tarixi Qələbənin 75-ci ildönümü münasibətilə təbrik edib, müharibə illərində xalqımızın igid oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Vurğulanıb ki, müharibə veteranları bu gün də müstəqil Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Dövlətimiz tərəfindən müharibə veteranlarına hər daim yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin bu il aprelin 24-də imzaladığı Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, həmçinin müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlara və digər vətəndaşlara 750 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi bu qayğının bariz nümunəsidir.
Rayon rəhbəri İradə Gülməmmədova hər bir veteranla ayrı-ayrılıqda söhbət edərək, qayğıları ilə maraqlanıb.

Evlərində ziyarət olunan Böyük Vətən Müharibəsi iştirakçıları Qılman Zeynalov və Xasay Mürsəlov çıxış edərək göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildirib, işğal altındakı torpaqlarımızın azad olunacağına və Azərbaycan Ordusunun parlaq qələbəsinə qəti inamlarını ifadə ediblər.

Görüşdə veteranlara xatirə hədiyyələri də təqdim edilib
Qeyd edək ki, Abşeron rayonundan 1725 nəfər Böyük Vətən müharibəsində iştirak edib, onlardan yalnız 964 nəfəri geri qayıdıb.Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ikisi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Bu igidlər arasında adı dillər əzbəri olan abşeronlular Mikayıl Ələkbərov və Mehdi Hüseynzadə də var.
Abşeron RİH-i başçısı İradə Gülməmmədova Böyük Vətən Müharibəsi iştirakçılarını evlərində ziyarət edib - FOTOLAR
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter