Abşeronda şəhidin xatirəsi əbədiləşdirildi

Abşeronda şəhidin xatirəsi əbədiləşdirildi

Abşeron rayonunun Masazır kəndində Vətən Müharibəsində şəhid olan Əhmədov Mənsur Mamed oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub.

“Qanunyolu.info.az” xəbər verir ki, bu gün şəhidin ailəsinin, RİH başçısı İradə Gülməmmədovanın, kənd camaatının və KİV nümayəndələrinin iştirakı ilə bulaq kompleksinin açılışı olub. Sonra şəhid ailələri ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb.

Azərbaycan igidlərinin öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyini vurğulayan başçı qeyd edib ki, məhz onların və ümumilikdə Azərbaycan ordusunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.

Şəhid ailələri də Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər.

Sonra məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər. Sonda şəhidlərimizin ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter