Suraxanı RİH başçısı qazini ziyarət etdi - Fotolar
- 22.03.2021, 14:00,
- Sosial / Xəbər
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini Fuad Cəbrayılov, aparatın şöbə müdirləri, RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Vətən müharibəsində, Qarabağın azadlığı uğrunda qəhrəmanlıqla döyüşərək yaralanmış qazimiz Qurbanov Əbülfət Tanverdi oğlunu evində ziyarət edib, ailəsinə ərzaq yardımı göstəriblər.RİH-dən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirilib ki, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda mərdliklə vuruşaraq Laçın rayonunda gedən şiddətli döyüşlərdə yaralanan Əbülfət Qurbanovun sağlamlıq vəziyyəti, müalicəsinin gedişi və məişət şəraiti ilə maraqlanan icra başçısı başda Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla, dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dəstəkdən danışıb, bundan sonra da həmin ailələrin diqqət və qayğı ilə əhatə olunacağını vurğulayıb.
RİH-nin başçısı bildirib ki, tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirib. Əziz Əzizov yaxın günlərdə qazi Əbülfət Qurbanovun və ailəsinin yaşadığı fərdi yaşayış evinin dam örtüyünün təmiri, eləcə də evin həyətinin asfaltlanması işlərinin başlanması üçün müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, Əbülfət Qurbanov Prezidentin müvafiq Sərəncamları ilə Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
