II Elizabet qanun layihəsini imzaladı - Yenilənib
- 31.12.2020, 04:50,
- Siyasət
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Britaniya parlamenti Avropa İttifaqı ilə gələcək münasibətlər barədə sazişi təsdiqləyib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “TASS” xəbər verib.Fövqəladə yığıncaqda sənəd əvvəlcə İcmalar palatası, sonra isə Lordlar palatası tərəfindən təsdiqlənib. Daha sonra İcmalar palatasına yenidən qaytarılaraq II oxunuşda qəbul edilib.
Sazişin qüvvəyə minməsi üçün o, dövlət başçısı - Kraliça II Elizabet tərəfindən imzalanmalıdır. İstisna edilmir ki, kral sanksiyası yaxın saatlarda veriləcək, bu da yeni qanunun yanvarın 1-dən qüvvəyə minməsinə imkan verəcək. Beləliklə, Böyük Britaniya və Aİ arasında keçid dövrü sona çatacaq və Krallıq Avropa İttifaqının vahid bazar və gömrük ittifaqını tərk edəcək.
Qeyd edək ki, dekabrın 24-də London və Brüssel Avropa İttifaqı ilə Böyük Britaniya arasında ticarət və əməkdaşlıq sazişinin əldə edildiyini bildiriblər.
****
“Brexit”dən sonra London və Brüssel arasındakı münasibətlərə dair qanun layihəsi Britaniya Kraliçası II Elizabet tərəfindən də artıq imzalanıb. Bu, qanun layihəsinin qüvvəyə minməsi deməkdir.Bu barədə Britaniya parlamentinin İcmalar palatasının spikeri Lindsi Hoyl bildirib.
