Böyük Britaniyada ümummilli karantin yenidən qüvvəyə mindi

  • 05.11.2020, 03:30,
  • Dünya
  • Baxılıb: 17
Böyük Britaniyada ümummilli karantin yenidən qüvvəyə mindi

Noyabrın 5-də (bu gün) İngiltərədə COVID-19 infeksiyasına yoluxanların sayının artması səbəbindən karantin rejimi yenidən qüvvəyə minib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “TASS” xəbər verib.

Yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. 4 həftəlik karantin müddətində İngiltərədə barlar, pablar, restoranlar, bərbərxanalar, kinoteatrlar, idman klubları, ilkin tələbat məhsullarının satışını həyata keçirən mağazalar istisna olmaqla, digərləri bağlı olacaq. Sakinlərin yalnız işləri ilə əlaqədar beynəlxalq səyahətlərinə icazə veriləcək.

Bu karantinin bu ilin mart ayında tətbiq edilən və yalnız may ayında yumşalmaya başlayan ilk karantindən fərqi ondan ibarətdir ki, indi uşaq bağçaları, məktəblər, universitetlər, parlament və məhkəmələr fəaliyyət göstərəcək.

Birləşmiş Krallığın digər inzibati-siyasi hissələrinin - Şimali İrlandiya, Uels və Şotlandiyanın hakimiyyət orqanları öz ərazilərində tətbiq edilən məhdudiyyətləri müstəqil müəyyən edirlər. Hazırda həmin məhdudiyyətlər yuxarıda təsvir edilənlərə bənzəyir, buna görə də 66 milyonluq Britaniya əhalisinin 66%-nin yaşadığı İngiltərədə elan edilmiş məhdudiyyətlər karantini ümummilli edir.

Pandemiyanın statistikasını aparan “Worldometer” saytının son məlumatına əsasən, Böyük Britaniyada koronavirusa yoluxan insanların sayı 1 099 059 nəfərə, ölənlərin sayı isə 47 742 nəfərə çatıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter