Britaniya Kraliçasının nəvəsi gizli ərə getdi
- 17.07.2020, 00:50,
- Dünya
Baxılıb: 17
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Britaniya Kraliçası II Elizabetin nəvəsi, 31 yaşlı York şahzadəsi Beatris gizli şəkildə 37 yaşlı milyonçu və biznesmen Edoardo Mapelli Motstsi ilə ailə həyatı qurub. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “ET Canada” xəbər verib.Cütlük Vindzor qəsrində 20 qonağın iştirakı ilə nikaha girib. Mərasimdə Kraliça həyat yoldaşı - Edinburq hersoqu şahzadə Filiplə, həmçinin digər yaxın qohumlar, o cümlədən gəlinin atası - York şahzadəsi Endrü, II Elizabetin ikinci oğlu iştirak edib.
Qeyd edək ki, Beatrisin nişanlanması barədə ötən ilin sentyabr ayında məlum olmuşdu, toyun 2020-ci ilin may ayında keçirilməsi planlaşdırıldı, lakin daha sonra koronavirus pandemiyası səbəbindən mərasimlər qeyri-müəyyən müddətə təxirə salınmışdı.