“Baydenə yad insan deyiləm, evimə qədər gələn biridir”
- 09.12.2020, 14:45,
- Siyasət
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
“Baydenə yad insan deyiləm. Onunla Barak Obama dövründə tanış olmuşam. Bayden evimə qədər gələn biridir. Səhhətimdə yaranan nasazlıq zamanı məni evimdə ziyarət etmişdi. Ömər Çelik də o ziyarətdə var idi”."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilən dövlət başçısı Co Bayden barədə danışarkən deyib.
“Təəssüf ki, dünyada siyasət çirkin bir şəkildə irəliləyir. ABŞ-la Türkiyə arasında proses nə olacaq? Biz NATO-da bərabər deyilik? ABŞ-dan sonra dünyada ilk beşlikdə yer alan ölkə Türkiyədir. Bunu özləri də etiraf edirlər.
Təəssüf ki, silah alqı-satqısı ilə bağlı atdıqları addımlar və ifadələri xoş deyil. Xüsusilə hazırda Suriyanın şimalında, Fəratın şərqindəki yanaşmaları doğru deyil. Vəzifəsini boynuna götürsün, sonra cənab Baydenlə oturub bəzi şeylərdən danışacağıq. Siyasətdə heç bir qarşıdurma yoxdur. Diplomatiyada həmçinin, bu mövzular müzakirə edilib və həlli tapılıb. İnanıram ki, ABŞ ilə bu prosesi çox fərqli şəkildə inkişaf etdirəcəyik”.
