Qalib gəlsə, ABŞ-ın ən yaşlı prezidenti olacaq

  • 21.08.2020, 16:45,
  • Dünya
  • Baxılıb: 27
Qalib gəlsə, ABŞ-ın ən yaşlı prezidenti olacaq

Bu gün Co Bayden ABŞ prezidentliyinə demokratlardan namizəd olmağa rəsmi olaraq razılıq verib.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən bu məqamda 77 yaşlı sabiq Vitse-Prezidentin bioqrafiyasını təqdim edir:

Cozef Robinet "Co" Bayden, 20 Noyabr 1942-ci ildə, Pensilvaniya ştatının Skranton şəhərində irland əsilli katolik ailəsində anadan olub. Ailənin ən böyük uşağı olan Co Baydenin babalarından biri Pensilvaniya ştatından senator kimi faəliyyət göstərib.

Bayden 1961-ci ildə Katolik Hazırlıq Məktəbini bitirib. Daha sonra isə Nyuarkda Delaver Universitetinə daxil olub, orada tarix və siyasi elmlər üzrə təhsil alıb.1965-ci ildə universiteti bitirdikdən sonra Co Bayden, Nyu-Yorkdakı Sirakuz Hüquq Kollecinə daxil olub, 3 il sonra hüquq üzrə doktorluq dərəcəsini bitirib.
Qalib gəlsə, ABŞ-ın ən yaşlı prezidenti olacaq

1972-ci ildə isə Demokrat Partiyasından ABŞ Senatına seçilib. Seçkidə qalib gəldikdən bir müddət sonra həyat yoldaşı və qızı Naomi Kristina avtomobil qəzasında həlak olub. Sözügedən hadisədən sonra Bayden istefa vermək istəsə də, Demokrat Partiyasının rəhbəri Mayk Mansfildin təkidi ilə vəzifədə qalmağa razı olub.

Senatda xarici siyasət və hüquq siyasəti komitələrinin üzvü olan Co Bayden, eyni zamanda qanunverici fəaliyyətlə də məşğul olub: O ətraf mühit və istehlakçıların müdafiəsi haqqında qanunlara edilən dəyişikliklərə töhfəsi ilə yadda qalıb. Senatı ABŞ hökumətinə qarşı zəif olduğuna görə tənqid edib.

1975-ci ilin yanvarında Bayden Xarici Siyasət Komitəsinə, 1977-ci ilin yanvarında isə ABŞ Senatının Məhkəmə Komitəsi üzvlüyünə seçilib.

9 iyun 1987-ci ildə Bayden 1988-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak edəcəyini elan edib, lakin sonradan namizədliyini geri çəkib.
Qalib gəlsə, ABŞ-ın ən yaşlı prezidenti olacaq

31 yanvar 2007-ci ildə Bayden ABŞ-da keçiriləcək prezident seçkilərində yenidən iştirak edəcəyini elan edib. Demokrat Partiyasından olan digər namizədlər Barak Obama və Hillari Klintonla müqayisədə onun şansı olduqca aşağı qiymətləndirilib.

Elə həmin ilin avqustunda, Barak Obamanın Baydeni prezidentlik kampaniyasında tərəfdaş seçdiyi məlum olub.

2 oktyabr 2008-ci ildə vitse-prezidentliyinə namizədlər Demokratlar Partiyasından Co Bayden və Respublikaçılar Partiyasından Sara Peylin arasında seçki debatı baş verib. Bu debat tarixin ən böyük televiziya auditoriyasını özünə cəlb edib və populyarlıq baxımından Obama-Makkeyn prezidentlik debatından da üstün olub. Anketlərə görə Bayden debatda qalib gəlib.

Obama və Bayden 4 noyabr ümumi seçkisində 51 faiz səslə və 300-dən çox seçicinin dəstəyi ilə qalib gəlib.
Qalib gəlsə, ABŞ-ın ən yaşlı prezidenti olacaq

Bu il iyunun 6-da Co Baydenin rəsmi olaraq Demokrat partiyasından rəsmən prezidentliyinə namizəd olduğu açıqlanıb.

Qeyd edək ki, Jo Bayden ümumxalq səsvermə sorğularında hazırkı prezident Donald Trampdan 11 faiz qabaqlayır.

Anketə görə, ölkə daxilində qeydə alınmış seçicilərin 52% -i Baydeni, 41% -i isə Trampı dəstəkləyir. Bir ay əvvəl Monmut Universitetində keçirilmiş sorğu ilə müqayisədə Baydenə dəstək olanların sayı 2% artmış, Trampa dəstəkçilərinin sayı isə dəyişməz qalmışdır.

Bununla yanaşı ABŞ-ın siyasi səhnəsində mühüm çəkiyə malik bir çox siyasi fiqurların Co Baydenə açıq dəstəyini nümayiş etdirmələri Baydenin seçilmə şanslarını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, onların arasında ABŞ-ın keçmiş Prezidentləri Barak Obama, Bill Klinton, Cimmi Karter, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton kimi adlar yer alır.
Qalib gəlsə, ABŞ-ın ən yaşlı prezidenti olacaq

Qeyd edək ki, Bayden seçkilərdə qalib gələrsə, andiçmə vaxtı 78 yaşı olacaq. Bununla da o ABŞ tarixinin ən yaşlı prezidenti kimi tarixə düşəcək.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter