Belarusda aksiyalarda 250 nəfər saxlanıldı

Belarusda aksiyalarda 250 nəfər saxlanıldı

Belarusda iqtidara qarşı aksiya keçirən 250 vətəndaş saxlanılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Minsk Polis Mərkəzinin sözçüsü Natalya Qanuseviç məlumat yayıb.

Aksiya iştirakçıları şəhər mərkəzindən uzaq məhəllələrdə ayrı-ayrı qruplar halında toplaşaraq şüarlar səsləndiriblər.
Belarusda aksiyalarda 250 nəfər saxlanıldı

Belarusda aksiyalarda 250 nəfər saxlanıldı

Bildirilib ki, nümayişçilər şəhərdə böyük tıxacın yaranmasına səbəb olublar, həmçinin ictimai nəqliyyatın hərəkətinə maneə yaradılıb. Bundan başqa, daha əvvəl saxlanılıb sonra sərbəst buraxılan 100 nəfər yenidən icazəsiz aksiyada iştirak edib.

Qeyd edək ki, Belarusda 9 avqustda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko qalib olmuş, ardından seçkilərdə saxtakarlıq edildiyi iddia olunmuş, insanlar buna etirazını bildirmişdi.
Belarusda aksiyalarda 250 nəfər saxlanıldı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter