Belarusda aksiyalar zamanı 103 polis yaralanıb

  • 13.08.2020, 13:30,
  • Dünya
  • Baxılıb: 33
Belarusda aksiyalar zamanı 103 polis yaralanıb

Belarusda avqustun 9-dan 13-dək baş verən icazəsiz aksiyalar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb:

“Ümumilikdə, 9-13 avqust tarixlərində vətəndaşların qanunsuz hərəkətləri nəticəsində 103 polis yaralanıb, onlardan 28-i xəstəxanaya yerləşdirilib”.

Həmçinin bildirilib ki, son bir gün ərzində hüquq-mühafizə orqanları tərəfindən icazəsiz aksiyalarda iştirak etdiyinə görə 700-ə yaxın şəxs saxlanılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter