Belarusdakı aksiyalarda daha 37 nəfər saxlanıldı
- 10.09.2020, 14:30,
- Dünya
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Sentyabrın 9-da Belarusda keçirilən aksiyalar zamanı daha 37 nəfər saxlanılıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib. Onun sözlərinə görə, inzibati cinayətlərə dair işlərin məhkəmədə baxılmasına qədər 26 nəfər həbsdə qalır.
Xatırladaq ki, Belarusda ertiraz aksiyaları avqustun 9-da prezident seçkilərindən sonra başlayıb. Mərkəzi Seçki Komissiyasının 80,1% səslə Aleksandr Lukaşenkonu qalib elan etməsindən sonra müxalifət buna etiraz edib. Onlar seçkilərdə Svetlana Tixanovskayanın qalib gəldiyini iddia edirlər.