Mais Mənsimov ordumuza və İzmirdə zərərçəkənlərə yardım etdi
- 06.11.2020, 17:55,
- Siyasət
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Lənkərandakı fəxri konsulu Mais Mənsimov Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, M. Mənsimov fonda 15 min manat vəsait köçürüb.
Fəxri konsul, eyni zamanda oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə zərərçəkənlərə 70 min TL dəyərində yardım edib.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.