Rəşad Sadıqovdan ordumuza 50 minlik yardım
- 04.10.2020, 19:30,
- İdman / Xəbər
Baxılıb: 17
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Premyer Liqasının lideri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib."Qanunyolu.info.az", "Qafqazinfo"-nun məlumatına istinadən, 38 yaşlı mütəxəssis fonda 50 min manat köçürüb.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.
Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.