Hikmət Hacıyevin adına yaradılan bu profillər saxtadır - Fotolar

Hikmət Hacıyevin adına yaradılan bu profillər saxtadır - Fotolar

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.

"Qanunyolu.info.az", "Qafqazinfo"-nun xəbərinə istinadən, bu barədə Hikmət Hacıyevin özü rəsmi tvitter səhifəsində yazıb.

"Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır", - deyə Hikmət Hacıyev qeyd edib.

"Erməni təbliğat maşını mənim adımdan bu cür saxta profillər yaradır və daha sonra XİN Ermənistana şərhlər yazır. Çox gülüncdür", - deyə H.Hacıyev növbəti paylaşımında bildirib.
Hikmət Hacıyevin adına yaradılan bu profillər saxtadır - Fotolar

Hikmət Hacıyevin adına yaradılan bu profillər saxtadır - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter