“Lukaşenkonun gizli inauqurasiyası onun nüfuzunu daha da zəiflədir”
- 24.09.2020, 08:50,
- Siyasət
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Belarusda Aleksandr Lukaşenkonun prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə gizli inauqurasiya mərasimi keçirməsi onu daha da nüfuzdan salır. "Qanunyolu.info.az", “Qafqazinfo”-nun məlumatına istinadən, bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bildirib.“Lukaşenkonun bu gün (sentyabrın 23-də -red.) Minskdə keçirilən gizli inauqurasiyası onun nüfuzunu daha da zəiflədir. Onun saxtalaşdırılmış seçkiləri Belarus xalqını aldatmaq idi”, - Raab tvitterdə yazıb.
Daha əvvəl ABŞ Dövlət Departamenti gizli inauqurasiya mərasimi keçirən Aleksandr Lukaşenkonu Belarus prezidenti kimi tanımadığını
bəyan etmişdi.Qeyd edək ki, Belarusda 9 avqustda baş tutan prezident seçkilərinin nəticələrinə etiraz olaraq, bir ay yarımdır ki, etiraz aksiyaları davam edir. 1994-cü ildən bu vəzifəni tutan hazırkı dövlət başçısı Aleksandr Lukaşenko qalib elan edilib. Müxalifət hakimiyyətin elan etdiyi seçki nəticələrini tanımır, onları saxta hesab edir.