Lukaşenko gizli inauqurasiya mərasimi keçirdi - Video

  • 23.09.2020, 12:45,
  • Dünya
  • Baxılıb: 30
Lukaşenko gizli inauqurasiya mərasimi keçirdi - Video

Aleksandr Lukaşenko bu gün 6-cı dəfə prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə hazırda gizli inauqurasiya mərasimi keçirib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “Tut.by” informasiya portalı məlumat verib. Bildirilib ki, Minskdəki İstiqlal Sarayında keçirilən tədbirin tarixi son ana qədər gizli saxlanılıb.

Lukaşenko sağ əlini Konstitusiyaya qoyaraq Belarus dilində and içib və andiçmə aktını imzalayıb. Daha sonra isə Belarus Seçki və Respublika Referendumlarının Keçirilməsi üzrə Mərkəzi Komissiyasının sədri Lidiya Yermoşina A.Lukaşenkoya Belarus Prezidentinin sertifikatını təqdim edib.

Bu gün səhər saatlarından etibarən Minsk sakinləri İstiqlal Sarayının ətrafına hərbi texnikanın cəlb olunduğu bildirilib. Paytaxtda mərkəzi küçələr və prospektlər bağlanıb. Daha sonra isə Lukaşenkonın kortejinin İstiqlal Sarayı istiqamətində hərəkət etdiyi görülüb.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Onun əsas rəqibi Svetlana Tixanovskayanın 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində seçki nəticələri ilə bağlı kütləvi etirazlar başlayıb.

Lukaşenko gizli inauqurasiya mərasimi keçirdi - Video
Lukaşenko gizli inauqurasiya mərasimi keçirdi - Video
Lukaşenko gizli inauqurasiya mərasimi keçirdi - Video
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter