Lukaşenko iqamətgahında əlində avtomatla görüntüləndi
- 30.08.2020, 19:40,
- Dünya / Xəbər
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
“RİA Novosti” Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmonta ölkə prezidenti Aleksandr Lukaşenkonun harada olması və icazəsiz etiraz aksiyasının keçirildiyi Minsk şəhərindəki vəziyyətə nəzarət edib-etməməsi ilə bağlı sual ünvanlayıb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, Eysmont agentliyin sualına cavab olaraq, onlara Lukaşenkonun əlində avtomat tutduğunu əks etdirən fotosunu göndərib. Foto Müstəqillik sarayının fonunda çəkilib.
Qeyd edək ki, bazar günü Minskdə müxalifət icazəsiz etiraz aksiyası keçirir.