Baş Prokurorluqdan Firudin Nəbiyevin oğlu ilə bağlı - Açıqlama
- 05.08.2020, 14:05,
- Siyasət
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş Prokurorluq Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Baş Prokurorluğun Mətbuat xidmətindən "Qanunyolu.info.az", “Qafqazinfo“ya istinadən bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.
Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılıb.
Xatırladaq ki, F.Nəbiyev avqustun 3-də Türkiyədə vəfat edib.