Çingiz Qənizadənin oğluna yeni vəzifə verildi
- 10.07.2020, 12:55,
- Xəbər
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Nərimanov rayon prokurorluğuna yeni təyinat olub. "Qanunyolu.info.az", “Qafqazinfo”nun məlumatına istinadən, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun əmri ilə Elgiz Qənizadə Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.
Faktı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib.
Qeyd edək ki, E.Qənizadə eks-deputat Çingiz Qənizadənin oğludur. O, daha əvvəl Binəqədi rayon prokurorunun müavini vəzifəsində işləyib.