İcra Hakimiyyətindəki əməliyyat xəbəri ilə bağlı - Rəsmi açıqlama
- 22.06.2020, 10:30,
- Xəbər
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş Prokurorluq Abşeron rayon icra hakimiyyətində əməliyyat keçirilməsi məlumatı haqqında açıqlama yayıb."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən daxil olan açıqlamada qeyd olunub ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb.
Bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.
Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur.