Baş prokuror 2 şəhər və 4 rayona yeni prokuror təyin etdi
- 30.06.2020, 14:35,
- Siyasət
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
Prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.Baş Prokurorluğun Mətbuat xidmətindən "Qanunyolu.info.az", "Qafqazinfo"ya daxil olan məlumata istinadən, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə
Mübariz Əhmədova Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi,
Müqəddəs Sultanova Sumqayıt şəhərinin prokuroru vəzifələrinin icrası həvalə edilib,
Vüqar Məmmədzadə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini,
Tural Aslanov isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifələrinə təyin ediliblər.
Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə
Fuad Məmmədova Şirvan şəhərinin,
Rəşad Məmmədova Xaçmaz,
Kamran Məmmədova Goranboy,
Vüqar Əhmədliyə Kəlbəcər,
Elxan Əbdürrəhmənova isə Qusar rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.
Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.