Kəmaləddin Heydərov “EuroHome”un sahibini günahlandırdı - “Məsuliyyətsiz insandır”

  • 12.05.2020, 12:00,
  • Siyasət
  • Baxılıb: 42
Kəmaləddin Heydərov “EuroHome”un sahibini günahlandırdı - “Məsuliyyətsiz insandır”












"EuroHome" ilk dəfə yanandan sonra bura dəfələrlə xəbərdarlıq olunub. Obyektin təmiri tam bitməmiş, tərəfimizdən qəbul olunmamış obyektə yenidən mallar qəbul ediblər".

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov "EuroHome" tikinti bazarında baş verən yanğını şərh edərkən bildirib.

Nazir bazar sahibini məsuliyyətsizlikdə günahlandırıb:

"Bu obyekt sahibi nə qədər məsuliyyətsiz insandır ki, özünə aid olan şəxsi bir obyekti bu qədər təhlükəli şəkildə işlədir. Nəticədə sahibkarlara zərər dəyir. Bu hadisədən sonra obyekt haqqında hüquq-mühafizə orqanları daha ciddi tədbir görəcəklər və layiqli cəzasını almalıdır".

Nazir yanğın zamanı yanğınsöndürən şlanqlarının yararsız olması ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib:

"Yaxşı olardı ki, bu sualları verməmişdən öncə yanğınsöndürənlərin işinə baxasınız. Baxın görün bu alovun içində şlanqların üzərinə nələr tökülür. O şlanqlar partlaya bilməz. Bir az ağılla fikirləşin".
Kəmaləddin Heydərov “EuroHome”un sahibini günahlandırdı - “Məsuliyyətsiz insandır”
Kəmaləddin Heydərov “EuroHome”un sahibini günahlandırdı - “Məsuliyyətsiz insandır”
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter