SON DƏQİQƏ! “EuroHome” tikinti materialları bazarı yanır - HADİSƏ YERİNDƏN
- 11.05.2020, 11:30,
- Hadisə
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
"EuroHome” tikinti materialları bazarı yanır"Qanunyolu.info.az" xəbər verir ki, bu gün Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın baş verib.
Qeyd edilib ki, FHN-in "112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
"Qanunyolu.info.az"-a daxil olan xəbərə əsasən bildirir ki, yaxınlıqda olan sürücülər təşviş içində avtomobillərini hadisə yerindən qaçırmağa çalışırlar.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Qeyd edək ki, 10 dekabr 2019-cu ildə sözügedən bazarda güclü yanğın baş vermişdi.
Əlavə məlumat veriləcək.
"Qanunyolu.info.az" hadisə yerindən isti-isti görüntüləri təqdim edir...

