Ali Məhkəmənin nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub - Fotolar

  • 07.07.2023, 19:30,
  • Siyasət
  • Baxılıb: 1
Ali Məhkəmənin nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub - Fotolar

2023-cü il 6-7 iyul tarixlərində Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub.

“Qanunyolutv.az” xəbər verir ki, nümayəndə heyəti öncə Ankarada Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib, önünə əklil qoyub. Həmçinin, Ankaradakı Heydər Əliyev Parkı ziyarət edilib.

Sonra Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca, Türkiyə Ali İnzibati Məhkəməsinin sədri Zeki Yiğit, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç və Türkiyənin Baş Prokuroru Bekir Şahinlə görüşlər keçirilib.

Görüşlərdə iki qardaş ölkənin məhkəmələrinin təcrübəsi və qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə olunub.

Daha sonra Ankara Universitetinin rektoru Necdet Ünüvar və Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemir ilə görüşlər keçirilib. Hüquqşünaslıq üzrə yüksək ixtisaslı kadrların hazırlanması, hakimliyə namizədlərlə yanaşı, məhkəmə aparatı işçilərinin də peşəkarlıq səviyyəsinin artırlması istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter